Sizə zəng edək

Evlərin köçürülməsi


Yükdaşıma şirkətimiz evlərinizin köçürülməsini həyata keçirmək üçün lazım olan logistik və nəqliyyat xidmətlərinin tam kompleksini təqdim edir. Evlərin köçürülməsi zamanı yaranan xaos bu müsbət prosesə mənfi abu-hava qata bilər.

Bu işlə peşəkarcasına məşğul olan şirkətimiz yeni mənzilə köçmə prosesini sizin üçün olduqca ucuz, xoş və asan həyata keçirə bilər. Yeni mənzilə köçərkən əşyalarınızın qablaşdırılması, ehtiyac olmayan əşyaların atılması, mebellərinizin sökülüb yığılması, əşyalarınızın səliqə ilə yerləşdirilməsi kimi çətin və məsuliyyətli mərhələləri öz öhdəmizə götürürük. Bu proses zamanı yüklərin təhlükəsizlik səviyyəsi təmin edilir və bütün normalara əməl edilir.

Təcrübəli əməkdaşlarımız müştərinin tələbatlarını və yükün səciyyəvi xüsusiyyətlərini nəzərə alırlar, ən münasib çatdırılmanı ən sərfəli qiymətlərlə təmin edirlər.